Yuxarı

Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olundu

MediaTürk TV şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb” TV jurnalistika müsabiqəsi elan edib.

Axar.az xəbər verir ki, müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir.

Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün süjet və sənədli filmlər MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə [email protected] ünvanına göndərilməlidir. İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30-na qədər yayımlanmış süjet və sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər.

Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.

İştirakçıların müraciət üçün nəzərdə tutulan elektron məktub formasında aşağıdakılar qeyd olunmalıdır:

Ad, soyad, ata adı;

Çalışdığı media orqanı;

Müraciət etdiyi nominasiya;

İş ünvanı;

İş telefonu;

Mobil telefon (Vatsap və ya Teleqram olan);

E-mail ünvanı: [email protected] ünvanına göndərilməlidir.

Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:

I Yer – 2 000 manat
II Yer – 1 000 manat
III Yer – 700 manat

Müsabiqə ilə bağlı əlavə suallar və müraciət üçün qeyd edilən əlaqə vasitələrindən istifadə etmək olar:

Tel: (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56 - E-mail: [email protected]

Qeyd edək ki, müsabiqənin qalibləri 8 Noyabr - Zəfər Günü elan olunacaq.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən Azərtac-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.

Tarix
2021.09.13 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla