Yuxarı

Nazirin bu gün işə götürdüyü 170 nəfərdən 22-si... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin bu gün işə götürdüyü 170 nəfərdən 22-si... - Foto

Sentyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Axar.az xəbər verir ki, sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır.

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Qeyd edək ki, polis orqanlarında xidmət etmək arzusunda olan kişi cinsli vətəndaşlar üçün müsabiqələr davam edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər DİN-in rəsmi “mia.gov.az” saytına daxil olub “vətəndaşların nəzərinə” bölməsinə keçid edərək uyğun gəldikləri vakansiyaya daxil olmalı, orada yerləşdirilmiş elektron ərizə formasını doldurduqdan sonra “[email protected]” ünvanına göndərməlidirlər. Müraciət qeydiyyata alındıqdan sonra Baş Kadrlar İdarəsinin əməkdaşları seçim turunun növbəti mərhələləri barədə onları məlumatlandıracaqlar.

Tarix
2021.09.17 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla