Yuxarı

XİN-in vəzifəli şəxslərinin işində yeni faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

"Ofis aləmi" dəftərxana ləvazimatları şirkətinin rəhbəri Asif Ağayev ifadəsində S.Əlizadəni tanıdığını bildirib:

“Bizdən bəzən ofis ləvazimatlarını nisyə götürürdü. Götürdüyü malların pulunu sonradan ödəyirdi. O, 2020-ci ildə bizim nazirliklə müqavilə bağlamağımızı istədi. Müqavilə bağlanandan sonra pulu köçürdülər. Səlim müəllim mənə dedi ki, tapşırıq icra etməlidir və ona pul lazımdır. Söylədi ki, şirkətinin adına pul köçürsünlər. Mən də həmin pulu çıxarıb ona borc kimi verdim. Nazirlik tərəfindən şirkətə 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pula da illik mallar verəcəkdik. Səlim Əlizadə xahiş etdi ki, pulu nağdlaşdırıb ona borc olaraq verim. 42 min 841 manat pulu nağdlaşdırıb ona borc olaraq verdim".

Məhkəmədə elan olunub ki, şahidin istintaq ifadəsi ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyətlər var.

Daha sonra onun istintaqa verdiyi ifadəsi elan olunub. A.Ağayev istintaqda söyləyib ki, tenderdə qalib olandan sonra XİN tərəfindən 68 min manat pul köçürülüb:

"Ondan 18 min manatlıq avadanlıqlar verilib. Vergilər çıxılandan sonra yerdə qalan 42 min 841 manat pul nağdlaşdırılaraq nazirliyinin əməkdaşı S.Əlizadəyə verilib”.

Məhkəmədə digər şahid Ramil Hüseynov dindirilib. O bildirib ki, dayısı arvadının adına şirkət olub:

"Mən özüm meyvə şirəsi satışıyla məşğulam. Sadəcə Salyanda dayım arvadı ağır xəstə idi. Mənim adımı şirkətə xəzinədar kimi yazmışdılar. İki dəfə bankdan pul götürmüşəm. Birinci dəfə 129 min, ikinci dəfə isə 97 min manat pul çıxardaraq Asifə vermişəm. Onun müqabilində isə bizə 2 500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. 800 manat pul dayımın xəstəliyinə xərclənib. Bir müddət sonra şirkəti bağlatdırdıq".

Şahid Möhübbət Vəlişov isə ifadəsində qeyd edib ki, tanışı Rəsmiyyə Qazıyevə adlı qadın onun adına 5 MMC açıb:

“Hər MMC-yə görə isə mənə ayda 100 manat verdi. Son vaxtlar isə pulu gecikdirdi və verməməyə başladılar. Sonradan şirkətləri geri aldım. Banka müraciət etdim ki, heç bir əməliyyat aparılmasın. Maraqlandım, şirkətlərin xeyli vergi borcu yaranıb. Hazırda şirkətlərin ümumilikdə 8 min manat vergi borcu qalıb".

Şahid qismində ifadə verən "Ofis Aləmi" MMC-də çalışan Sabbar Cəbrayılov söyləyib ki, işlədiyi şirkətlə Xarici İşlər Nazirliyi arasında müqavilə bağlanıb:

“5 aya 18 min manatlıq mal vermişdik. Gecikmələr olurdu, ancaq etibar edirdik".

Proses sentyabrın 29-da davam edəcək.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Tarix
2021.09.22 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla