Yuxarı

Təcridxanaya soğanın içində narkotik keçirmək istədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcridxanaya soğanın içində narkotik keçirmək istədi - Foto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Axar.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Ruslan Rövşən oğlu Nuriyevə tanışı Bakı şəhər sakini Sara Əlişad qızı Xəlilova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan soğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,587 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,806 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bundan başqa, Cinayət Məcəlləsinin 234.4.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum Ceyhun Qəribağa oğlu Qasımova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 1,743 qram olan narkotik maddə - heroin aşkar edilib.

Eyni zamanda, Cinayət Məcəlləsinin 172.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mirzə Zahid oğlu Nirzəyevə atası Zahid Novruz oğlu Mirzəyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 0,148 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Tarix
2021.09.22 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla