Yuxarı

Şuşa yolundakı tankı vuran əsgər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsinin son günlərində, Şuşa uğrunda gedən döyüşlərdə erməni tankı döyüçümüz tərəfindən vurularaq, içərisindəki şəxsi heyətlə birlikdə məhv edilib. Bütün olanları isə elə erməni hərbçiləri qeydə alırlar. Əməkdaşımız Ömər Xıdırov həmin tankı məhv edərək, düşməni qaçmağa vadar edən, daxili qoşunlarının xüsusi təyinatlı döyüşçüsü, 39 yaşlı Nurlan Məmmədovla həmsöhbət olub. Onu siz də tanıyın.

Axar.az Xəzər TV-yə istinadən bildirir ki, döyüşün qızğın vaxtında,erməni hərbiçilərinin gözləmədiyi bir vaxtda qəfil düşmən tankı vurularaq sıradan çıxarılır.İçərisində olan şəxsi heyət isə dərhal zərərsizləşdirilir.

Aralarında erməni xüsusi təyinatlıları da olan hərbçilər bundan sonra qorxub qaçamağa başlayırlar.

Döyüşdə gözlənilməyən andaca ermənilərə dəhşət yaradan,erməni tankını vuran isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçüsü , 39 yaşlı Nurlan Məmmədov olub. Nurlan Məmmədov deyir ki, Şuşanı azad etmək üçün Şuşa-Xankəndi yolunda şiddətli döyüşlər gedirdi. Bu zaman, erməni tankı Azərbaycan hərbçilərinin olduğu istiqamətə davamlı olaraq atəş açırdı.Ancaq bir çıxış yolu var idi, o da həmin tankı zərərsizləşdirmək. Cəsur döyüşçü Nurlan Məmmədov dərhal əlindəki qumbaratanla tanka atəş açır. Nəticəsi isə elə ermənilərin özlərinin çəkdiyi kadrlardan aydın görünür.

Zirehli texnika vurulandan sonra içərisində olan tankçılar qaçmaq istəsələr də,Nurlan Məmmədovun şəxsi heyəti tərəfindən onlar məhv edilib.Bununla yanaşı,digər erməni hərbçilərin bir hissəsi qaçmağa müvvəfəq olsalar da,onların əksəriyyəti yerindəcə zərərsizləşdirilib.Bundan sonra Şuşa-Xankəndi yolu xüsusi təyinatlı döyüşçülərin tam nəzarətinə keçib.

Nurlan Məmmədov və digər yoldaşları təkcə Şuşa deyil, Füzuli, Cəbrayıl, Xocəvəndin azad edilməsi uğrunda gedən döyüşlərdə də fəal iştirak ediblər.

Nurlan Məmmədov Kəlbəcər, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə və ''Qarabağ'' ordeni ilə təltif edilib.

Tarix
2021.09.27 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla