Yuxarı

Lerikdə yol sürüşməsi: mərkəzlə əlaqə kəsildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikdə yol sürüşməsi: mərkəzlə əlaqə kəsildi

Lerik rayonunda bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Axar.az xəbər verir ki, bu barədə Report-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov deyib.

Onun sözlərinə görə, buna səbəb son iyirmi gündə aramsız yağan yağışlardır:

“Lerik-Lənkəran yolunda bir neçə istiqamətdə mütəmadi olaraq sürüşmələr baş verir. 45, 46, 49, 50, 52-ci km-də torpaq sürüşmələri və çökmələr var. 52 saylı Yol İstismar İdarəsi tərəfindən yolun işlək vəziyyətdə qalması daimi nəzarətdə saxlanılır. Digər Piran-Veri-Qələbin avtomobil yolu sürüşmələr nəticəsində yararsız hala düşüb. Sürüşmələr son bir həftə ərzində 5 kəndi əhatə edən Əliabad-Lərmərüd-Babazığon avtomobil yolunda hazırda daha aktiv şəkildədir. Bu ərazidə yaşayan 2000 nəfərə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər məcburiyyətdən qonşu Masallı rayonuna keçməklə hərəkət edirlər".

H.Məlikov bildirib ki, intensiv yağıntılar səbəbindən təsərrüfatlara da xeyli ziyan dəyib:

"Osiodərə inzibati ərazi dairəsinə daxil olan Şivlə kəndində vətəndaşlara məxsus pay torpaqlar sürüşmə səbəbindən yararsız hala düşüb. Veri-Əliabad ərazisində mövcud sürüşmə aktivliyi yenidən artıb. Nəticədə 5-ə yaxın yaşayış evinin hər an uçma təhlükəsi var. Vətəndaşlara evlərini tərk etmələrinin vacibliyi barədə məlumatlar vermişik. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri də baxış keçiriblər. Hələlik hər hansı yenilik yoxdur".

Tarix
2021.10.12 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla