Yuxarı

Yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac var? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac var? - Açıqlama

Azərbaycan COVID-19 ilə mübarizədə kifayət qədər işlər görüb. Yeni müəssisələr yaradılıb, səhiyyənin maddi-texniki bazası gücləndirilib, fərdi mühafizə vasitələrini istehsal edən müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dünyada və regionda vaksinasiya proqramına başlayan ilk ölkələrdən biridir. Bu sahədə işlər sürətlə davam etdirilir. Ümumiyyətlə Azərbaycanda əhalinin 5 milyondan çoxu peyvənd olunub.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, COVID-19 pandemiyası bütün dünya üçün böyük bir bəlaya çevrilib:

“Artıq iki ilə yaxındır ki, biz bu şəraitdə yaşayırıq. Heç bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Ona görə pandemiya ilə mübarizədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Vaxtında göstərilən yardım qiymətsizdir”.

Azərbaycana yeni növ vaksinin gətirilməsi ilə bağlı sualı cavablandıran səhiyyə nazirinin müavini deyib ki, ölkədə 4 növ vaksin istifadə olunur:

“Əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur. Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur”.

V.Qasımov, eyni zamanda, qeyd edib ki, buster doza gücləndirici peyvənddir:

“Əlbəttə, bu peyvəndin kifayət qədər lazımlı olması öz təsdiqini tapıb. Buster dozadan sonra immunitet xeyli artır. Ona görə bu, ilk növbədə 50 yaşdan yuxarı əhali və risk qrupuna daxil olan səhiyyə işçiləri üçün tövsiyə olunub. Növbəti mərhələdə digər əhali kontingentlərinə də koronavirusa qarşı üçüncü doza ilə peyvəndlənmə tövsiyə olunacaq”.

Tarix
2021.10.12 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla