Yuxarı

Polad Həşimovla döyüşən müəllim: 48 şəhid verdik... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Publika.az-a istinadla Vətən müharibəsinin qəhrəman müəllimi Ağadadaş Dadaşovun müharibə xatirələrini təqdim edir:

Dosye: Ağadadaş Dadaşov 1994-cü ildə Quba rayonunun Alpan kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra 2016-2017-ci ildə hərbi xidmətdə olub. Sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və təyinatla Qubanın ucqar dağ kəndi Xaltanda 3 il coğrafiya müəllimi işləyib. Yerdəyişmə ilə Aplan kənd məktəbinə işə düzəlib. Orduya könüllü yazılan A.Dadaşov 14 oktyabrda rayon komissarlığına çağırılıb. O, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezidentin sərəncamı ilə Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Polad Həşimovla Aprel döyüşləri

“Hərbi xidmətim Aprel döyüşlərinə təsadüf edib. Həqiqi hərbi xidmətdə olduğum müddətdə Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Qalibiyyətin ilk dadını elə 2016-cı ildə dadmışam, Ordumuz müəyyən əraziləri azad etmişdi. Həmin vaxtı kiçik çavuş rütbəsində motoatıcı manqa komandiri olmuşam. Mübariz İbrahimovun şəhid olduğu postla qonşu mövqelərdə idik. Əsgər yoldaşımlarımın bəzisi orada şəhid olmuş, bəzisi isə yaralanmışdı. Bu döyüşlərin əsas xüsusiyyəti o oldu ki, mənə ilk təcrübə qazandırdı”.

A.Ağayev bildirib ki, müharibə onun üçün mərhum generalımız Polad Həşimovun şəhid olmasından sonra başlayıb:

“Azərbaycan Ordusunun generalının şəhid olması mənə çox pis təsir etmişdi. General-mayor Polad Həşimov Talış istiqamətində gedən döyüşlərdə bizə rəhbərlik etmişdi. Onunla canlı ünsiyyətdə olmuşdum, eyni səngərdə vuruşmuşduq. Çox qayğıkeş insan idi, xatirələrdə əsgərin arxasında duran qəhrəman və igid bir döyüşçü kimi qalıb. Generalın ölümü bütün respublikanı sarsıtdı, eyni zamanda müharibənin başlamasına təkan verən hadisələrdən biri oldu, içimizdəki qisas hissini alovlandırdı.

Müharibənin ilk günlərində kəndimizə ilk şəhid gəldi - kapitan Aqil Məlikov. Onun dəfn mərasimi böyük coşğu ilə keçdi. Məktəbin kollektivi ilə birlikdə yardımlar toplayıb cəbhəyə göndərdik. Kənd camaatı əlində olan bir manatı da əsirgəmirdi, hətta bir cüt corab gətirib verən də var idi. O günlərdə evdəkilərin xəbəri olmadan adımı cəbhəyə könüllü yazdırmışdım”.

Döyüşə gəlmişik, bizi göndərin

Oktyabr ayının 14-ü səfərbərlikdən zəng edib çağırdılar. Ağcabədidə N saylı hərbi hissəyə yollandıq. Bir neçə gün təlim keçdikdən sonra snayper tağım komandiri təyin olundum. Toplanış məntəqəsindən döyüşlərə hər gün müəyyən sayda əsgər və zabit göndərilirdi. Orda həqiqətən döyüşlərə qatılmaq istəyən minlərlə əsgər var idi. Hərbçilər gecə yatmırdı, səlahiyyətli şəxslərin qapısını döyürdülər ki, bizi niyə burada saxlamısınız. “Döyüşə gəlmişik, bizi göndərin” deyən çox sayda oğlanlarımız var idi.

Günlərlə meşədə qaldıq

İki gün sonra həmlə taborumuz əvvəlcə Füzuli istiqamətinə irəlilədi, ermənilər yolu vurduqları üçün günlərlə meşədə qaldıq, qonşu hərbi hissədən şəhidlər verdik. 3 gündən sonra Xocavənd istiqamətində irəliləməyə davam etdik. Burada da bizim hərbi hissənin maşınları atəşə tutulmuşdu. Birinci yanacaq daşıyan maşın vurulmuşdu, böyük partlayış oldu, alov o biri maşına da keçdi. O maşında da bizimlə birlikdə səfərbərlikdən gələn hərbi qulluqçulardan biri şəhid oldu”.

Qəhrəmanımız deyir ki, Xocavənddə qızğın döyüşlər gedib:

“Orda artilleriya döyüşləri oldu. Bizim tabordan 48 nəfər şəhid oldu. Döyüşü idarə edən qərargah rəisini itirdik, amma onu bir neçə gündən sonra neytral zonadan çıxara bildik. Xocavəndin Dilağardı kəndində döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov idarə edirdi, müəyyən istiqamətlərdə tapşırıqları o verirdi. 1993-cü ildən bəri ermənilər bu kənddə heç nə tikməmişdi, dağınıq xarabalıqlar idi. Darmadağın olunmuş kəndlərimizi görəndə hiss olunurdu ki, ermənilər nə bahasına olursa-olsun bu torpaqların onlardan nə vaxtsa geri alınacağını bilirdi. Evlərin içində irigövdəli ağaclar çıxmışdı, hər tərəfi istismar ediblər. Bəzi kəndlərdə donuz fermaları var idi, sadəcə bu məqsədlə istifadə ediblər, heç nə yaratmamışdılar. Füzulidən Xocavənd və Şuşa istiqamətinə gedən yol sovet dövründən çəkilən dağılmış asfalt idi. Yol çəkməmişdilər, nəinki orda infrastruktur qurmaq.

Qorxusuz adam idi

Tehran Mənsimovla canlı görüşmək imkanımız olmasa da, eşitdiklərimiz bizi həm dəhşətə gətirirdi, həm də güc verirdi. Qorxusuz adam idi, döyüşün əfsanələrindən biri idi. Komandanlıq etdiyim tağımla uzaq mənzilli snayperlə düşmənin texnikasını məhv etdik. Düşmənin atdığı mərmi partlaması nəticəsində 7 nəfər kontuziya aldı. Onlar ərazidən hospitala təxliyə olundu. Qalan şəxsi heyətlə döyüşə davam etdik”.

Həm Aprel, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olan igidimiz onu da vurğulayıb ki, hər tərəf erməni cəsədlərilə dolu olub:

“İrəlilədikcə cəsədləri görürdük. Hətta sülh bəyanatı imzalandıqdan sonra da onların cəsədləri günlərlə orada qalmışdı, çox gec təmizlədilər. Müharibə ağır bir prosesdir. Nə qədər ağır olsa da, insan zamanla o mühitə öyrəşirsən, sağ qalmaq üçün vəziyyətə öyrəşmək tələb olunur. İndi xatirələri həyəcan hissi ilə yada salıram, amma onda bunun fərqində deyildim. Təbii ki, qorxu hamıda olur, amma bir neçə gündən sonra hər şey adiləşməyə başlayır. Fərqindəsən ki, döyüşdəsən və burada intiqam hissindən başqa duyğulara yer yoxdur. Bilirdik ki, bir balaca psixoloji gərginliyə yol versək, həm özünə ziyan edə, məhv ola, həm də yoldaşlarını məhv edə bilərsən. Üstəlik komandirlik vəzifəsini icra edirdim”.

Silahların dayanmadan guruldadığı günlərdə soyuqqanlılığı qoruyub saxlaya bildiyini deyən döyüşçümüz onu da etiraf edir ki, sonrakı dövr heç də asan olmayıb:

“Yağışlı günlərdə meşələrdə qalmışıq, pnevmaniya olmuşdum. Qayıtdıqdan sonra xeyli müalicə almışam. Psixoloji travmalar qalıb. O hadisələri rahatlıqla danışmaq olmur. 360 nəfərlik tabordan 48 nəfərin şəhid olduğunu gözümüzlə görmüşük. Onların hər birinin siması xatirəmdədir. Bu müharibə düşmənə qarşı nifrət hissini daha da gücləndiridi. Dinc əhalini bombaladılar. Bu, artıq müharibə deyil, hərbi cinayətdir. Gəncə, Bərdə və Tərtərə atılan raketlər atmaqla Azərbaycanda ruh düşkünlüyü yaratmaq istəyirdilər. Cəhdləri baş tutmadı, əksinə əsgərlərimizin döyüşmək əzmi daha prinsipial bir mövqe aldı.

Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar həmişə gözümün önünə gəlirdi. Bəlkə də soyuqqanlıq o kadrların nəticəsidir. Erməni elə bir düşməndir ki, ona humanistcəsinə yanaşmaq olmur. Cinayətkar bir ölkədir, körpə uşaqların meyitini necə təhqir edə biliblər...”

Tarix
2021.10.17 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla