Yuxarı

Məşhur aktrisa Azərbaycan xalqını təbrik etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aktrisa Azərbaycan xalqını təbrik etdi - Video

Meksikanın dünyada ən çox tanınmış xoreoqraf və aktrisası, məşhur kastanyet ifaçısı, prima balerina, çoxsaylı ali beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycanda konsert proqramı ilə çıxış etmiş Sonia Amelio Müstəqilliyin Bərpasının 30 illiyi və Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik videomüraciəti ünvanlayıb.

Axar.az xəbər verir ki, Azərbaycanın Meksikadakı Səfirliyindən "Cinema Radio"ya daxil olan müraciətdə S.Amelio qeyd olunan əlamətdar tarixlərlə və Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərlə bağlı xalqımıza səmimi təbriklərini çatdırıb.

Daha öncə iki dəfə Bakıda səhnəyə çıxmış məşhur meksikalı sənət ustası həmin konsertlər sayəsində Azərbaycana qarşı duyduğu dərin heyranlıq hissinin daha da artdığını söyləyib.

Sonda xanım Amelio ölkəmizə olan sevgisini nümayiş etdirmək üçün bir daha Azərbaycana səfər etməyi və möhtəşəm və əfsanəvi Şuşa şəhərində çıxış etməyi ürəkdən arzuladığını deyib.

Tarix
2021.10.17 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla