Yuxarı

Rus sülhməramlılarının olduğu ərazilərə səfər... - Nağıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus sülhməramlılarının olduğu ərazilərə səfər... - Nağıyev

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DTX-dən Axar.az-a verilən məlumata görə, görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQKX-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb.

Bundan əlavə, söhbət əsnasında Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusu da geniş müzakirə olunub.

BQKX-nin vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirib.

Tarix
2021.10.20 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla