Yuxarı

Bölgələrdəki turizm agentlikləri araşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Turizm Assosiasiyası (AzTA) yaxın zamanlarda bölgələrimizdəki turizm obyektlərində qiymət siyasəti ilə bağlı araşdırmalar aparacaq.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, monitorinqlər üç və dörd ulduzlu hotellərlə yanaşı, resort hotellər və istirahət mərkəzlərini də əhatə edəcək. Monitorinq zamanı həmin obyektlərin qiymət siyasətinin onun xidmət səviyyəsinə, eyni zamanda, hotellərin ulduz dərəcələrinə uyğunluğu da öyrəniləcək. Monitorinqlərin nəticələri əsasında həmin obyektlərin sahibkarlarına müəyyən tövsiyələr veriləcək.

M.Ağakərimov deyib ki, turizm xidmətləri sahəsində qiymət siyasətinin dəyişdirilməsi məqsədilə artıq AzTA tərəfindən Bakıda 60-dan çox hoteldə monitorinqlər həyata keçirilib: "Monitorinqlərin nəticəsində müəyyən olunub ki, Bakıda üç və dörd ulduzlu 25-30 hotel artıq qiymətlərini 15-30 faiz endirib. Bakıdakı digər hotellər də qiymət siyasətlərinə baxırlar".

Assosiasiya rəsmisi bildirib ki, endirimlərdən sonra hotellərdə otaq nömrələrinin qiymətləri onların təsnifatına uyğun olaraq, bir nəfər üçün 40-60 manat arasında dəyişir.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda, xüsusilə, bölgələrdə hotellərin qiymətinin baha olduğunu deyib: "İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda hotellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan hotellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir".

Tarix
2015.07.29 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla