Yuxarı

Abdulatipov Ədaləti restorandaca xalq artisti edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdulatipov Ədaləti restorandaca xalq artisti edib?

Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun "Dağıstanın xalq artisti" fəxri adına layiq görülməsi və Mahaçqalada 10 sot torpaq alması ilə bağlı maraqlı xəbər yayılıb.

Moskvada yaşayan soydaşlarımızdan birinin Axar.az-a verdiyi məlumata görə, bu yaxınlarda Ədalət Şükürov azərbaycanlıların elit restoranlarından sayılan və böyük nüfuz sahiblərinin əyləşdiyi "Bakinskiy dvorik"ə dəvət alıb. Moskvada yaşayan azərbaycanlılar arasında yayılan xəbərdə iddia edilir ki, Ədalət Şükürovun konsert proqramı ilə çıxış etdiyi gecə "Bakinskiy dvorik" restoranına Moskvada yaşayan bir çox nüfuzlu azərbaycanlılar da daxil olmaqla, Dağıstan Prezidenti Ramazan Abdulatipov da təşrif buyurub. Müğənninin ifasını həddən artıq bəyənən Prezident Abdulatipovun elə oradan birbaşa öz administrasiyasının rəhbərinə zəng vurduğu, Ədalət Şükürova "Dağıstanın xalq artisti" adı və Mahaçqalada 10 sot torpaq verilməsi ilə bağlı sərəncam hazırlatdığı iddia edilir. Xəbərdə həmçinin elə həmin məclisdə Ə.Şükürova artıq Dağıstanın xalq artisti adı verilməsinin elan edildiyi də deyilir.

Müğənni özü isə Axar.az-a açıqlamasında dedi ki, o, 7 ildir Dağıstanın əməkdar artisti idi:

"Mənə Dağıstanın xalq artisti adı dövlət tədbirlərində iştirakıma görə verilib. Dağıstan Respublikasında Gənclər Günü, Konstitusiya Günü qeyd olunur. Mən bu tədbirlərdə çıxış etmişəm".

Ə.Şükürovun sözlərinə görə, bu yaxınlarda Moskvada olmayıb:

"Sonuncu dəfə Moskvada bu il aprelin 21-də toyda olmuşam. Xalq artisti adı restoranda oxumağa görə verilmir. Və mən bu günlərdə nə Moskvada olmuşam, nə də restoranda oxumuşam".

Qeyd edək ki, Ədalət Şükürova "Dağıstana xidmətlərinə görə" medalı da təqdim olunub. Bu hadisə Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edib. Sənətçi 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir.

Dağıstan höküməti "Xalq artisti" adına görə sənətçiyə 4500 rubl aylıq müavinət, Mahaçqala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb

Tarix
2015.07.31 / 15:19
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla