Yuxarı

Tacirin batan qardaşı kimlərlə birgə olub? – Təfsilat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qardaşım Mahirlə bir yerdə gedən dostları Elsevərlə Turaldır. Təxminən, eyni yaşdadırlar. Elsevər xilasedici jilet geydiyi üçün sağ qalıb, Tural isə ümumiyyətlə dənizə girməyib".

Bu sözləri Axar.az-a ötən gecə dənizdə qardaşı batan tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.

Onun sözlərinə görə, qardaşı Mahir Allahverdiyevlə dostları bir yerdə dəniz kənarında yeyib-içib, sonra skuter sürmək istəyiblər. Tural dənizə girməyib, Elsevər isə Mahirdən fərqli olaraq, xilasedici jilet geyinib. Sənətçi qeyd edib ki, qardaşının batdığı yer sahildən 1 kilometr uzaq olduğu üçün tapılması hələ də mümkün olmayıb:

"Mahir normal üzə bilirdi. Peşəkar üzgüçü deyildi, amma üzməyi yaxşı bacarırdı. Skuterlə dənizə açılıblar. Nə olubsa, orada olub".

T.Şahmalıoğlu bildirib ki, qardaşının iki azyaşlı övladı var.

Qeyd edək ki, hadisə Novxanı çimərliyində baş verib. Müğənni özü və qohumları hazırda hadisə baş verən ərazidədirlər. Xilasedicilərin axtarışları davam edir.

FHN-ə isə ötən gecə Novxanıda 2 nəfərin batdığı barədə məlumat daxil olub. Digər şəxsin kimliyi hələlik açıqlanmayıb.

Tarix
2015.08.02 / 10:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla