Yuxarı

Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq - Video

Milli Məclisdə 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər müzakirə olunur. Görünən odur ki, vergi nəzarəti dərinləşəcək və ciddi yeniliklər olacaq.

Axar.az xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər qəbul olunarsa, bunun sadə vətəndaşların həyatına necə təsir göstərəcəyi böyük maraq doğurur. Bildirilir ki, ticarətdə və bir sıra xidmət sektorlarında yüksək məbləğlər nağdsız ödəniləcək.

Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev Real TV-yə bildirib ki, mehmanxanalar, kosmetoloji mərkəzlər, gözəllik salonları və tibb müəssisələri fəaliyyələtlərini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli olacaqlar:

"Vətəndaşlar bu sahələrdəki xidmətlərdən istifadə etməklə çekləri alacaq və gələcəkdə əlavə dəyər vergisini (ƏDV) geri al kampaniyasından yararlana biləcəklər.

Qanunda, həmçinin nəzərdə tutulur ki, nəqliyyat vasitələri birbaşa avto-salonlardan alınarkən bu, bütövlükdə nağdsız həyata keçirilsin".

Tarix
2021.11.25 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla