Yuxarı

Beyləqanda polis güllələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyləqanda polis güllələndi

Noyabrın 30-u saat 1 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Beyləqan rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirmiş, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirmiş, E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən almışlar.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tarix
2021.12.01 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla