Yuxarı

Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?

Qazilərin müalicəsinin Azərbaycanda mümkün olmaması faktı təsdiqləndikdə, YAŞAT Fondu hesabına onlar xarici ölkəyə göndərilir.

Axar.az xəbər verir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov Real TV-yə müsahibəsi zamanı deyib.

E.Hüseynov bildirib ki, bunun üçün Azərbaycanın aidiyyəti səhiyyə təşkilatlarının sənədi olmalıdır:

"Sözügedən sənəd fonda daxil olduqdan sonra biz müalicə üçün Türkiyə ilə danışıqlara başlayırıq. Bu günə qədər 150 qazimiz fondun dəstəyi ilə Türkiyəyə göndərilib. Onlardan 117-si vətənə geri qayıdıb. Hazırda 33 ağır yaralı qazimizin müalicəsi Türkiyənin müxtəlif xəstəxanalarında davam etdirilir", - deyə o bildirib.

Fond rəhbəri müalicə üçün Türkiyənin seçilməsinin səbəblərini də açıqlayıb:

"İlk növbədə ünsiyyət, kommunikasiya baxımından hər hansı bir problem yaşanmır. Eyni zamanda Türkiyə bizə qardaş ölkədir. Biz əmin olmalıyıq ki, qazilərimiz güvənli, etibarlı əllərdədir. Onlar bizim qazilərimizə öz qaziləri kimi yanaşacaqlar. Bu həqiqətən də belədir", - deyə E.Hüseynov vurğulayıb.

Tarix
2021.12.04 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla