Yuxarı

İşsizlərin nəzərinə: Bu sənədləri təqdim edin və... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşsizlərin nəzərinə: Bu sənədləri təqdim edin və... - Video

İşsizlikdən sığorta olunan vətəndaşların itirilmiş əmək haqları necə bərpa olunur? Ümumiyyətlə hansı halda vətəndaşlara bu ödənişlər şamil olunmalıdır?

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, ölkəmizdə 2021-ci ilin 10 ayı ərzində 3033 nəfərə işsizlik sığorta ödənişi təyin edilib, oktyabr ayında isə 374 nəfər bu ödənişdən yararlanıb. Lakin bir çoxları hələ də belə bir sığorta anlayışından xəbərsizdir.

Məbləğlər isə fərqli hesablanır. Əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərdə işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olduqda həmin şəxslərə üç ay müddətində minimum sığorta ödənişi təyin edilir. Dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda isə bu vaxt sığorta ödənişinin müddəti işsizliyin başlamasından 24 təqvim ayı olaraq nəzərdə tutulur.

Qeyd edək ki, işsizlikdən sığortadan daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi hazırlanmaqdadır. Belə halda daha çox şəxs bu ödənişdən yararlana biləcək. Rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar işsizliyə görə sığorta hüququndan faydalana bilməzlər.

Tarix
2021.12.06 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla