Yuxarı

Direktorun məktəbdə yuyucu açmasına - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktorun məktəbdə yuyucu açmasına - Reaksiya

Zemfira Səmədova Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbin direktoru vəzifəsindən yaş senzi ilə əlaqədar azad edilib.

Bunu Axar.az-ın yaydığı xəbərlə bağlı redaksiyaya telefon açan və öz keçmiş direktoru barədə yayılan xəbərlərə münasibət bildirmək istədiyini deyən 158 nömrəli məktəbin müəlliməsi Pərvin Abdullayeva söyləyib. P.Abdullayeva təhsil nazirinin əmri ilə işdən xaric olunan Z.Səmədova haqda yayılan qeyri-rəsmi məlumatların həqiqətə söykənmədiyini bildirib:

P.Abdullayeva qeyd edib ki, sabiq direktor nə məktəbin bir hissəsini avtoyuma məntəqəsi kimi istifadə edib, nə də yaxın qohumlarını təhsil ocağında işə götürüb:

"Zemfira müəllimə haqda yayılan bu xəbərlər tamamilə şayiədir. Necə ola bilər ki, məktəbin bir hissəsi avtoyuyucuya çevrilsin? Onun qohum-əqrəbasını məktəbdə işə qəbul etməsi də yalandır".

Xatırladaq ki, Axar.az-a daxil olan məlumatda Z.Səmədovanın heç də yaş senzi ilə əlaqədar işdən çıxarılmadığı bildirilirdi. Məlumatlı mənbə bildirilirdi ki, keçmiş direktorun bütün ailə üzvləri məktəbdə çalışırmış. Xanım direktorun həyat yoldaşı Orxan Səmədov məktəbin mühafizə xidmətini həyata keçirib.

Direktorun bir oğlu və Sevinc adlı qızı da uzun müddətdir 158 nömrəli məktəbdə işləyir.

2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.

Tarix
2015.08.12 / 15:23
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla