Yuxarı

Bakıdakı bu restoranlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı bu restoranlar cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 13-də ölkə üzrə 427 ictimai iaşə obyektində 754 monitorinq keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, hüquqi şəxs Maharaja MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Xətai rayonu, General S. Mehmandarov küç., ev 33B ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlyas Kamal oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, M. Dilbazi döngə 7, qapı 2 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Firuzə Məmmədhüseyn qızına məxsus restoran;

4. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küç., ev 11, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Yusubov Rauf Oruc oğluna məxsus “Street Pub” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Xocalı küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Zeynalova Leyla Eldar qızına məxsus “Sumakh” restoranı;

6. Xaçmaz şəhəri, Z.Bünyadov küç., ev 17B ünvanında yerləşən, fiziki şəxs Zeynalov Ramin Zeynal oğluna məxsus “Turan” kafesi;

7. Gəncə şəhəri, Ü. Hacıbəyov küç. ilə Sədi küç.-nin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bayram Məcid oğluna məxsus “Dost Qapısı” restoranı.

Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcək.

Tarix
2022.01.14 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla