Yuxarı

“Buta Eyrveys” aviabiletlərin qiymətini 29 avroya endirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Buta Eyrveys” aviabiletlərin qiymətini 29 avroya endirdi

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Eyrveys” aviaşirkəti qiyməti 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib. Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.

Aviaşirkətin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, "Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.

"Büdcə" tarifi “Eyrveys” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva ("Jukovski" hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tiflis, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.

"Büdcə" tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:

Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçk çanta və ya kamera çantası və portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);

Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);

Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;

Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.

Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində "Büdcə" tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, "Standart" və "Super" tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.

Tarix
2022.01.14 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla