Yuxarı

147 nəfər öldü, 841 nəfər qanunsuz həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
147 nəfər öldü, 841 nəfər qanunsuz həbs edildi

1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq əleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu insanlıq əleyhinə olan bir cinayətin törədilməsi qərarı və əmri idi. Bundan sonrakı hadisələr də göz qabağındadır. Bildiyiniz kimi, həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi.

Buna yalnız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi qiymət verilib. Hadisəni törətmiş şəxslərin demək olar hamısı dindirilib. 20 Yanvar hadisələri zamanı 147 nəfər həlak olub. 744 nəfər müxtəlif bədən xəsarətləri alıb. 841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb. Eyni zamanda, bir neçə milyondan çox maddi ziyan vurulub. Bu aktın törədilməsində əsas məqsəd xalqın əzmini qırmaq idi. Buna nail ola bilmədilər. Əksinə, milli azadlıq hissini daha da gücləndirdi”, - o vurğulayıb.

Tarix
2022.01.20 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla