Yuxarı

Bakıda avtomobildən 90 ədəd qol saatı oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda avtomobildən 90 ədəd qol saatı oğurlandı

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində “Mersedes” markalı bir avtomobildən 1800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan da metamfetamin götürülüb.

Tarix
2022.02.11 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla