Yuxarı

"Azəriqaz": İbadət ocaqları bu güzəştdən istifadə edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz": İbadət ocaqları bu güzəştdən istifadə edir

Kənddə təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi odundan istifadə edirik. Hər evdə yandırılan odun bizə əlavə xərc, qırılan yaşıl ağac deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Saatlı rayonunun Naharlı kənd sakini Hüseynağa Əliyev "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sayca 43-cü dəfə təşkil olunan aksiya çərçivəsində görülən işlər barədə kənd sakinlərinə məlumat verib. Şöbə rəisi bu kənddən Birliyə çoxsaylı müraciətlərin daxil olduğunu və o səbəbdən bu dəfə aksiyanın sözügedən ünvanda təşkil olunduğunu bildirib. 126 fərdi yaşayış evi olan Naharlı kəndinin sakinləri kənddə mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakini Əziz Abışov Birlik rəhbərliyinin bu kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verəcəyi təqdirdə kənd məscidinin də təbii qazla təmin edilməsini xahiş edib.

Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Birlik rəhbərliyi tərəfində qazlaşdırılma işləri aparılan kəndlərdə, yeni yaşayış massivlərində məscid və təhsil ocaqlarının qazlaşdırılmasına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib. Bundan əlavə baş direktorun göstərişinə əsasən, müvafiq qeydiyyatdan keçən, qazlaşdırılması başa çatan ibadət ocaqlarına il ərzində 500 manat məbləğində güzəşt olunduğunu kənd sakinlərinin diqqətinə çatdırılıb. Birliyin müvafiq rəhbər şəxsləri daxil olan müraciətlərin Birliyin baş direktoruna çatdırılacağını vurğulayıb.

Qeyd edək ki, Saatlı rayonu ərazisində 43 kənd var ki, bunun da 32 kəndi təbii qazla təmin edilib.

Tarix
2022.02.15 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla