Yuxarı

19 aya bir ünvanda 285 şirkət necə açılıb? – Sensasion faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
19 aya bir ünvanda 285 şirkət necə açılıb? – Sensasion faktlar

3 gün əvvəl Astarada 41 yaşlı şəxsin ağacdan asılmış vəziyyətdə meyiti aşkar edilib. Ölümündən əvvəl Xəzər TV-yə danışıb və deyib ki, xəbəri olmadan onun adına 5 şirkət açıblar. Həmin şəxs şirkət rəhbəri olduğunu Vergilər Xidmətindən göndərilən borc bildirişindən sonra öyrənib. İndi prokurorluq bu şəxsin intihar etdiyini, yaxud da öldürüldüyünü araşdırır.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Allahverdi Aydın araşdırmasını təqdim edib.

O bildirib ki, Azərbaycanda hər il yüzlərlə bu cür şirkət açılır:

“Cəmi 19 ay ərzində “Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28” ünvanında 285 şirkət qeydiyyata alıblar. Cəmi bir il əvvəl qeydiyyatdan keçən bu şirkətlərin 3 milyon manatdan çox vergi borcları var.

Məsələn, 10 noyabr 2020-ci il tarixində "JASMIN AZ LTD" MMC adlı şirkət qeydiyyata alınıb. Qısa müddət sonra 395 min manat vergi borcu yaranıb. Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi Yakuşev Stanislav Ələskəroviç göstərilir. Məlum olur ki, Yakuşev Stanislav Ələskəroviç şirkət təsis olunmazdan qısa müddət əvvəl işsiz olduğu üçün sürücü işi axtarırmış”.

Müəllif cəmi 19 aya bir ünvanda, eyni şəxslərin adına 285 şirkət açmağın ciddi araşdırılması gərəkdiyini xüsusi vurğulayıb:

“Kim zəmanət verir ki, Yakuşev Stanislav və onu kimi şəxslərin də taleyi Zaur Sovqatov kimi olmayacaq?!”

Tarix
2022.02.17 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla