Yuxarı

TN və TQDK “erməni bayraqlı” kitab qalmaqalında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TN və TQDK “erməni bayraqlı” kitab qalmaqalında

"Azərbaycan tarixi" dərsliyinin üz qabığında Ermənistan bayrağının rəngləri əks olunub.

Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində yayılan foto ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bəziləri bunu ölkəmizə qarşı təhqir kimi qəbul etsələr də, bir qism insan təsadüfi hal kimi qiymətləndirib. Təhsil üzrə ekpert Əjdər Ağayev Hafta.az-a bildirib ki, bu, artıq kriminal məsələdir.

Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsində adları keçən şəxslər məsuliyyətə cəlb oluna bilərlər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Feysbuk səhifəsində bu məsələyə reaksiya verib. Onun yazdığına görə, məlum kitab dərslik kimi istifadə olunmur:

"Üz qabığından da göründüyü kimi, ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar".

Kitabı nəşr edən "Didaktika" nəşriyyatından bizimyol.info-ya deyilib ki, üz qabığında Ermənistanın bayrağını əks etdirən foto yoxdur:

"Əvvəla, o kitabda erməni bayrağı yoxdur. İkincisi, Ermənistan bayrağını orada görməyə can atmağa çalışanlar elə özləri ermənidir.

Üçüncüsü, o kitabda birinci rəng tünd qırmızı-kəskin tünd, ikinci rəng tünd göy, üçüncü rəng isə sarı rəng, dördüncü rəng də yenə tünd qırmızı-kəskin tünd rəngdədir. Ermənistanın bayrağında isə birinci rəng açıq-qırmızı, ikinci rəng açıq-göy, üçüncü rəng isə narıncı rəngdir".

"Qəbul proqramı əsasında hazırlandığı iddia olunan "Azərbaycan tarixi" adlı məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend-ə belə deyilib.

Komissiyadan bildirilib ki, abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitlərin abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir.

Tarix
2015.09.01 / 17:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla