Yuxarı

İşsizlərin nəzərinə: Samux və Qusarda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux və Qusar rayonlarında işsiz və işaxtaranlar üçün əmək yarmarkaları təşkil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidmətinin təşkil edəcəyi yarmarka sentyabrın 4-də keçiriləcək.

Tədbirlər zamanı həmin rayonlarda fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur.

Peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Yanvar-avqust aylarında ölkədə ümumilikdə 23 əmək yarmarkası keçirilib. Nəticədə 1743 nəfərə boş iş yerlərinə göndərişlər verilib, 180 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 78 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

Tarix
2015.09.02 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla