Yuxarı

Komitə sədri: “İŞİD-in islama dəxli yoxdur”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD deyilən qrupun islama heç bir aidiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Lider" televiziyasının sualını cavablandırarkən deyib.

Komitə sədri bildirib ki, İŞİD yalnız siyasi sifarişləri, geopolitik maraqları yerinə yetirir:

"İslamın bütövlükdə bütün mərkəzlərində, tanınmış islam mücahidləri, müctəhidləri və alimləri tərəfindən bu cür qruplaşmalar pislənilir. Çünki bu qruplaşmalar əslində islamı terrora bağlamaq istəyənlərin əlində bir alət rolunu oynayır. Dövlət Komitəsi tərəfindən azərbaycanlı gənclərin dini radikalizmin və ekstremist təşkilatların təsiri altına düşməməsi üçün 3 istiqamətdə - hüquqi, ideoloji və iqtisadi müstəvidə mübarizə tədbirləri həyata keçirilir. İdeoloji müstəvidə gedən mübarizədə Komitə digər ideoloji sahə ilə bağlı olan nazirlik və qurumlarla birgə fəaliyyət göstərir. Burada əsas məqsəd maarifləndirmədir. Biz islami dəyərləri olduğu kimi cəmiyyətə təbliğ və təşviq etməliyik. Bu cür təbliğ və təşviqlə islami dəyərlərdən uzaqlaşaraq bu və digər dini radikal qrupların təsirinə düşən gəncləri həmin yoldan çəkindirmiş oluruq".

Dövlət Komitəsinin sədri bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac olduğunu da vurğulayıb.

Tarix
2015.09.03 / 13:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla