Yuxarı

Polyaklar Bakıda metro tikəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polyaklar Bakıda metro tikəcək

Polşanın "Tines Capital Group SA" şirkəti Bakı Metropolitenində yeni xəttin tikintisində iştirak edəcək. Artıq tərəflər arasında bütün əsas məsələlər razılaşdırılıb və Polşa şirkəti hazırda Azərbaycandan dəvət gözləyir.

Bunu Report-a açıqlamasında şirkətin baş direktoru Tomaş Şuba bildirib.

"Bakı Metropoliteni ilə bütün məsələlər, o cümlədən müqavilənin şərtləri, layihənin texniki əsaslandırması, hüquqi aspektlər razılaşdırılıb. İndi müqavilənin imzalanması üçün təkcə dəvət gözləyirik", - deyə T.Şuba qeyd edib.

Layihənin mahiyyətindən danışan baş direktor bildirib ki, Polşa şirkətinin təkliflərində yolun üst quruluşunun montaji və tədarükü nəzərdə tutulur: "Bizim konstruksiyalarımız müasirdir. Bu layihəmiz təcrübə xarakteri daşıyır. Bundan sonra isə ciddi şəkildə əməkdaşlıqdan danışa bilərik".

Layihənin dəyəri 2 milyon avro təşkil edir. T.Şuba müqavilənin sentyabrda imzalanmasını istisna etməyib.

Qeyd edək ki, "Tines Capital Group SA" hazırda Tiflis şəhərində yolun üst quruluşunun montaji və tədarükünü həyata keçirir. Bu konstruksiya Minsk, Xarkov, Sankt-Peterburqda da tətbiq edilib.

Tarix
2015.09.08 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla