Yuxarı

Mayda hava niyə soyuq keçir? – Tağıyeva açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mayda hava niyə soyuq keçir? – Tağıyeva açıqladı

Bu ilin may ayı fərqli keçir. Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 3 dəfə olub. Son 5 ildə may ayında qeyri-sabit hava şəraiti qeydə alınır.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Bakıda may ayında havanın temperaturu 5 dərəcə olub ki, bu da qış fəslinə xas olub:

“Nə qədər iqlim dəyişikliyi qeydə alınsa da, havanın soyuq keçməsinin öz müsbət tərəfi də var. Belə ki, yağıntıların çox olması uzun müddət çaylarda sululuğun artmasına təsir edir. May ayında bütün ay üçün nəzərdə tutulan norma miqdarından artıq yağıntı qeydə alınıb. Bütövlükdə belə qeyri-sabit hava şəraiti illər ərzində baş verə bilir. İqlim dəyişmələrinin təzahürlərindən biri də müvafiq fəslə xas olmayan hadisələrin tez-tez baş verməsidir. Hətta may ayında qar da yağıb. Misal olaraq, may ayında qarlı hava 2012-ci ildə müşahidə olunmuşdu. Bu il də mayın birinci ongünlüyündə qarın hündürlüyü həmin illə müqayisədə daha çox (18 sm) olub”.

Tarix
2022.05.13 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla