Yuxarı

Polşada Müslümün atasının məzarı ziyarət edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Xoyna şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının dəfn edildiyi məzarlıqda görkəmli Azərbaycan opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin atası Məhəmməd Maqomayevin xatirəsi yad edilib, məzarı önünə əklil qoyulub.

Axar.az xəbər verir ki, paytaxt Varşava şəhərindən 550 kilometr məsafədə yerləşən məzarlığın ziyarəti Polşa Azərbaycanlıları Şurası tərəfındən gerçəkləşdirilib.

Qeyd edilib ki, Məhəmməd Maqomayev 1916-cı ildə Azərbaycan klassik musiqisinin banilərindən biri olan Əbdül-Müslüm Maqomayev və Baydigül Terequlovanın ailəsində anadan olub. Sənədlərə görə Məhəmməd Maqomayev 1941-ci ilin iyulunda müharibəyə səfərbər edilsə də, 1942-ci ilin oktyabrında cəbhəyə gəlib və dərhal o dövrün ən çətin bölgələrindən birinə - Şimali Qafqaz cəbhəsinə döyüşlərə atılıb. Sonra isə 823-cü artilleriya polkunun kəşfiyyatına köçürülüb. Dnepr keçidində iştirak edib, 1-ci Belarus cəbhəsində vuruşub. 1945-ci il fevralın 3-də Noy-Berlin və Ortviq yaşayış məntəqələri yaxınlığındakı Oder çayının sol sahilində döyüş zamanı böyük cəsarət göstərib və almanlara xeyli zərbə vurub. Berlinə qədər gedib çıxan Məhəmməd Maqomayev 1945-ci il aprelin 24-də yaralı yoldaşını xilas edərkən həlak olub.

Çıxış edən dosent Zaur Əliyev bildirib ki, birinci dəfə Polşada Kşivin-Qrıfnski məzarlığında dəfn edilən M.Maqomayevin cəsədi sonradan - 1952-ci ildə sovet əsgərlərinin qalıqları ilə bir yerdə çıxarılaraq Xoyna qəbiristanlığına köçürülür. 301 saylı atıcı diviziyanın, 823 saylı artilleriya alayının, kəşfiyyat bölüyünün komandiri serjant Məhəmməd Müslümoviç Maqomayev ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı almaq üçün namizəd kimi göstərilir. Mixail Zaxarçukun "Krasnıe zvezdı" qəzetində dərc etdirdiyi "Yüzillik" sərlövhəli geniş məqalədə qeyd edilir ki, hətta marşal Jukov da buna narazılıq etmir. Lakin marşal Baqramyanın təsiri o qədər çox olur ki, Məhəmməd Maqomayevə bu ad verilmir. Müxtəlif orden və medalları olan, qəhrəman bir azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adı almasına bir mane də belə olur.

Təşkilatın rəhbəri Fərid Cəfərli bildirib ki, Polşa Azərbaycanlıları Şurası Polşa torpaqlarının azad edilməsi uğrunda canından keçmiş Azərbaycan övladlarının xatirəsi daim əziz tutulur, onların yad edilməsi üçün bütün addımlar atılır. Bu ziyarət nə ilk, nə də son deyil, silsilə tədbirlər, ziyarətlər davam edir.

Tarix
2022.05.23 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla