Yuxarı

ANS sponsorunu məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS sponsorunu məhkəməyə verdi

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS Yayım və Media Şirkətinin "Sharks" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, ANS sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

Hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili məhkəmənin qapalı şəraitdə keçirilməsini istəyib. Lakin şifahi vəsatət təmin olunmayıb.

Prosesdə ANS-in hüquqi nümayəndəsii iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS "Sharks"ın reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1279, 3900, 700 və 2036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik".

"Sharks" şirkətinin nümayəndəsi isə ANS-in iddiasını qəbul etməyib: "Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman "Sharks"ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Bunun ekspertizasının keçirilməsini istəyirik. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır".

"Sharks" şirkətinin nümayəndəsi ANS-ə borclu olmadıqlarını bildirib.

Məhkəmənin növbəti iclası gələn həftəyə təyin edilib.

Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında ilk müqavilə 2013-cü ilin 27 avqust tarixində bağlanıb.

Tarix
2015.09.16 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla