Yuxarı

DİM qabiliyyət imtahanı verəcək şəxslərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.

DİM-dən Axar.az-a verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən bu link vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İxtisaslar

Komissiya kodu

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (sahələr üzrə)

24, 25, 28

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

26, 36

Dirijorluq (sahələr üzrə)

27

Bəstəkarlıq

29

Musiqi müəllimliyi

32

İnstrumental ifaçılıq (alətlər üzrə)

4302, 4402

Vokal sənəti (sahələr üzrə)

4701, 4702, 4501, 4502

İnstrumental ifaçılıq (alətlər üzrə)

220, 221, 222, 230

Vokal sənəti (sahələr üzrə)

223, 224

Aşıq sənəti

4102

Aşıq sənəti

227

Konsertmeysterlər əvvəlcə bu linkə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra bu linkə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra "Yadda saxla" düyməsini basmaq tələb olunur.

Abituriyentləri əlavə edib "Çap et" düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.

Tarix
2022.06.23 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla