Yuxarı

Nazirlik görüntü yaradır, ona görə bahalıqdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik görüntü yaradır, ona görə bahalıqdır

Kənd Təsərrüfatı Nazirliyi yarmarkanı görüntü yaratmaq üçün təşkil edir.

Bu sözləri Axar.az-a açıqlamasında yarmarkalardakı məhsulların bahalığı haqda danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, nazirlik bununla hesabat verir ki, biz yarmarkaları təşkil etdik, yarmarkalarda qiymətlər daha ucuzdur:

“Onların məqsədi sadəcə iş görüntüsü yaratmaqdır. Əslində, o yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi təşkil etməli deyil. Yarmarkanı Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil etməlidir. Onlar marağında olmalıdırlar ki, şəhər sakinləri nisbətən ucuz qiymətə məhsul əldə edə bilsinlər”.

Mütəxəssis, həmçinin, onu da bildirib ki, yarmarkalar yalnız şənbə-bazar və bayram günlərində deyil, davamlı olmalıdır:

“Davamlı olan zaman ticarət obyektlərinin sayı artır, belə halda isə rəqabət güclü olur. Bazarda ticarətlə məşğul olan bəzi işbazlar yarmarkaya alıcıları aldatmaq üçün gəlirlər. Onlar fürsətdən istifadə edib bazarda sata bilmədikləri aşağı keyfiyyətli malı yarmarkada yüksək qiymətə satırlar. Bir sözlə, yarmarkaya çıxarılan məhsulun keyfiyyəti aşağı, qiyməti isə yüksək olur. Əgər şəhərlərdə yarmarkaların sayı artsa və davamlı olsa, belə manipulyasiyalar da mümkün olmaz”.

İqtisadçı yarmarkada satış edənlərin “xərcsiz” olmadığını da bildirib:

“O yarmarkaya məhsul çıxardanlar ödəniş edirlər - giriş haqqı, zibilin daşınması; hətta Kənd Təsərrüfatı Nazirliyinin bəzi işciləri oradan pulsuz bazarlıq edirlər. Nəticədə isə onların götürdüyü məhsulun da pulu qiymətin üzərinə əlavə olunur. Heç də onların dediyi kimi deyil ki, guya pulsuz maşın təşkil olunur, ödəniş tələb olunmur. Əgər bu, ödənişsiz olsa idi, ora mal çıxaranların sayı hədsiz çox olardı və qiymətlər də ucuzlaşardı. Sadəcə xərcləri çox olduğu üçün məcbur qalıb məhsulu bazar qiymətinə satırlar”.

Tarix
2022.06.23 / 14:57
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər

Onlar bu qərarların icrası üçün bir addım belə atmayıblar

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Sülhün təşəbbüskarı bizik, ancaq işğalı necə unuda bilərik?!

Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...

Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident

Orban İlham Əliyevi təbrik etdi

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla