Yuxarı

Araik Qarabağda 100 ev tikir: görənlər şoka düşdü – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araik Qarabağda 100 ev tikir: görənlər şoka düşdü – Video

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan rus sühlməramlılarının himayəsində fəaliyyətlərini davam etdirməyə çalışan separatçılar bu gün növbəti dəfə rüsvay olublar.

Axar.az xəbər verir ki, erməni mediası baş separatçı-terrorçu Araik Arutyunyanın “Qarabağda 100 ev” təşəbbüsü ilə keçmiş Əsgəran rayonu (hazırkı Xocalı) ərazisində inşa edilən evlərə baxış keçirdiyini yazıb.

Tikinti ilə “tanış olan” Arutyunyan evlərin sürətli inşasından razılığını bildirib. Bu qanunsuz evlərdə ermənilərin gətirilərək məskunlaşdırılması düşünülür.

Ancaq sisoal şəbəkələrdə ermənilər bu tikililərin hansı keyfiyyətdə aparmasına diqqət çəkiblər. Məlum olub ki, evlər nazik kartondan tikilir və üstü suvarılır. Yəni bu evlər hətta taxtadan da deyil, adi qalın “dik”dəndir.

Erməni sosial şəbəkə istifadəçiləri bunu Arutyunyanın tikinti adı ilə milyonlarla vəsaiti çırpışdırmasının əyani sübutu adlandırıblar.

Qeyd edək ki, Ermənistan bu il Qarabağda yaşayan 27 min erməniyə 288 milyon dollar vəsait ayırmaqla bağlı qərar verib. Bu vəsaitin böyük hissəsinin mənimləniləcəyini erməni ekspertləri qeyd edirlər və bildirirlər ki, Qarabağdakı qanunsuz qurum daim erməni siyasətçilərin büdcə vəsaitlərini yemək üçün istifadə etdiyi yer olub.

Tarix
2022.07.03 / 23:29
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla