Yuxarı

Azərbaycanlı zabitə ABŞ ordusunda yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı zabitə ABŞ ordusunda yüksək vəzifə verildi

Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral Amerikanın 5-ci Donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Nəimi Amiralın dostu, diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat yayıb.

Qeyd edək ki, Amerikanın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars körfəzi, Hind okeanı və Yaxın Şərqin 22 ölkəsini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir. Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi. Bu günlərdə komandanlıq tərəfindən Nəimi Amiral bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, Nəimi Amiral 20 ilə yaxındır Amerika Hərbi Dəniz Qüvvələrində xidmət edir və polkovnik rütbəsi daşıyır. Azərbaycanın tanınmış mədəniyyət və insəsənət xadimləri ilə dostluq münasibətləri var. Oğlu Kamal Amiral şahmatla peşəkar səviyyədə məşğul olur və Azərbaycan dilində səlis danışır.

Tarix
2022.07.07 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla