Yuxarı

Rusiyaya gedən qazimiz komaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya gedən qazimiz komaya düşdü

Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayonunun Qiyaməddinli kənd sakini Elşən Etibar oğlu Həsənova təcili yardım lazımdır.

Axar.az-a Rusiyada yaşayan həmvətənlərimizin verdiyi məlumata görə, qazi Sankt-Peterburq vilayətinin Puşkin şəhərində yerləşən “Semaşko” adlı xəstəxanada yatır. Onun böyrəklərinin funksiyasını itirdiyi və komada olduğu bildirilir.

E.Həsənovun atası oğlunun komada olması xəbərini təsdiqləyib:

“İki qardaş ikisi də Rusiyaya qazanc məqsədi ilə gediblər. Oğlumun müharibədə aldığı zədə nəticəsində gözləri tutulmuşdu. Burada bir müddət müalicə aldı, lakin müalicənin keyfiyyəti olmadı. Mən özüm də Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Balama əlim çatmadığından ürəyim partlayır. Bir ata kimi hər kəsdən xahiş edirəm ki, mənim oğlumu sağ-salamat bizə təhvil verilməsinə yardım etsinlər. Mənə balamın quru nəfəsi bəs edir”, - ata deyib.

Məsələ ilə bağlı XİN-dən bildirildi ki, Puşkin şəhərində olan diasporumuzla əlaqə saxlanılacaq və qazimizə yardımla bağlı mütləq addım atılacaq.

Tarix
2022.08.01 / 11:41
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla