AZAL-ın təyyarəsi dronla vurulub? - Video
01:00
Ana səhifə Toplum |
11:14
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb.
Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Qeyd olunub ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.
Stansiyalardan dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5,12 dəq, püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.
Tarix
2022.08.11 / 11:33
|
Müəllif
Axar.az
|