Yuxarı

MN-dən polkovnikə cavab: Şəxsi ambisiyalarını düşünür!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-dən polkovnikə cavab: Şəxsi ambisiyalarını düşünür!

Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq Yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.

Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur", - nazirlikdən qeyd olunub.

Tarix
2022.08.11 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla