Yuxarı

"Snayper həddi"nin açılış mərasimi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Snayper həddi"nin açılış mərasimi keçirildi - Foto

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Axar.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.

Çıxış edənlər “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıblar.

Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi döyüş qabiliyyətinin və praktiki bacarıqların artırılması ilə yanaşı, həm də ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar ilə mübarizə aparırlar.

Tarix
2022.08.19 / 23:16
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla