Yuxarı

Yollarda yağış-kanalizasiya sistemi qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yollarda yağış-kanalizasiya sistemi qurulur

Payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyini və təhlükəsizliyi məqsədilə işlərə start verilib.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, işlər çərçivəsində Heydər Əliyev prospektinin "Sabunçu yol qovşağı"ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulmasına başlanılıb.

Sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur. Hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

Sözügedən ərazidə yağış-kanalizasiya sistemi olmadığı üçün yağış yağarkən, yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılırdı. Bu isə nəqliyyat vasitələrinin hərəkətinə mane olur, yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.

Tarix
2015.10.08 / 16:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla