Yuxarı

Sakinlər etiraz edir: 20 manata əxlaqsızlıq yuvası... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlər etiraz edir: 20 manata əxlaqsızlıq yuvası... - Video

Masazır qəsəbəsində tikilən "Absheron City” yaşayış kompleksinin sakinləri (Duzlu göl ilə üzbəüz) dünən axşam saatlarında etiraz aksiyası keçiriblər.

Onlar yolu bağlayaraq kompleksin rəhbərliyindən, komendantından şikayətlərini bildiriblər.

Axar.az xəbər verir ki, şikayətçilərin Bakupost.az-a dediklərinə görə, binalara nəzarət olunmur:

“Bütün narkomanlar bura yığışır, hoqqabazlıq edirlər. Nə komendant, nə də başqa bir insan baxır. Heç kimə evlərin “kupça”larını vermirlər. Verdikləri sənədlə ASAN Xidmətə gedirəm, deyirlər, bu binalar sistemdə yoxdur. Deməli, sənəd saxtadır. Ən dəhşətlisi isə kompleksin sanki otelə çevrilməsidir. Şlaqbaum illərdir ki, qoyulmur. Mənzil alıb, şəhərdə yaşayanlar oranı günü 20 manata başqalarına verir. Binaya kim gəlir, kim gedir, bilinmir. Biabırçılıqdır. Ailə var, uşaq var... Buranı otelə çevirmək nə deməkdir?! Belə şey olar?”.

Sakinlərin etirazından sonra əraziyə polis əməkdaşları gəlib:

“Polis kompleksin komendantı İlqar müəllimə zəng etdi. Dedilər ki, məsuliyyət sizin üzərinizdədir. O, dərhal həmin yerə gəldi. Yenə də insanlara yalandan vədlər verərək, həll olunacağını dedi. Amma biz inanmırıq. Çünki hər dəfə eyni sözləri deyir. Dəfələrlə belə olub”.

Məsələ ilə bağlı “Absheron City” ilə əlaqə saxladıq.

Şirkət əməkdaşı hadisədən xəbərsiz olduqlarını dedi: “Bizim dünən axşam orada olanlardan məlumatımız yoxdur. Sizdən eşidirik...”

Daha ətraflı videoda:

Tarix
2022.09.20 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla