Trend azərbaycanlı nazirlərin hansı ali təhil
müəssisələrini bitirdiyini araşdırmağa çalışıb. Araşdırma
nəticəsində məlum olub ki:
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə
Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini,1986-1987-ci illərdə SSRİ
Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını
bitirib.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 1980-ci ildə
isə SSRİ DİN-in Akademiyasını bitirib.
Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov
1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun
maliyyə-kredit fakültəsini, 1993-cü ildə isə Bakı Dövlət
Universitetinin hüquq fakültəsini bitirib.
Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov
1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat
fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil
alıb.
Vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil
Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq
Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.
Xarici İşlər naziri Elmar Məmmədyarov 1982-ci ildə Kiyev Dövlət
Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq
fakülətəsini bitirib. Tarix elmləri namizədidir.
Energetika naziri Natiq Əliyev 1970-ci ildə M.Əzizbəyov adına
Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası
üzrə bitirib. Geologiya-mineralogiya elmləri namizədidir.
Nəqliyyat naziri Ziya Məmmədov Qırmızı Əmək Bayrağı Ordenli
Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Müdafiə Sənayesi naziri Yavər Camalov 1972-ci ildə Azərbaycan
Neft və Kimya İnstitutunu bitirib.
Rabitə və Yüksək texnologiyalar naziri, akademik Əli Abbasov
1976-cı ildə Moskva Energetika İnstitutunu "Avtomatika və
telemexanika" ixtisası üzrə bitirib. 1981-ci ildə namizədlik,
1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1996-cı ildə
professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü seçilib.
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev 1989-cu ildə
M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını
bitirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü
ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
uçot-iqtisad fakultəsini bitirib. 1987-ci ilin noyabrında
namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə
Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və
doktoranturada olub. İqtisad elmləri doktorudur.
Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1983-cü ildə isə
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
Uçot-iqtisad fakültəsini bitirib. 1987-ci ildə M.V.Lomonosov adına
Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə
edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı
olub.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci
ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1998-ci
ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt
professoru vəzifəsində çalışıb.Tarix elmləri doktoru,
professordur.
Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət
Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini
bitirib, magistr dərəcəsi alıb.
Təhsil naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət
Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1997-1998-ci
illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik
Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə
Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr
dərəcəsi alıb.
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Tibb
Universitetini bitirib. Namizədlik və doktorluq dissertasiyalarını
Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri
doktorudur.
Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı
Ali Partiya Məktəbini bitirib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 1978-ci ilə
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib.
Gənclər və İdman naziri Azad Rəhimov 1986-cı ildə Azərbaycan
Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.