Yuxarı

AMEA Dilçilik İnstitutunda yoxlamaları bitirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aparılan monitorinqlər başa çatıb.

Bunu Axar.az-a açıqlamasında AMEA Humanitar Elmlər Bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Teymur Kərimli deyib.

"Dilçilik İnstitutunda aparılan yoxlamalar bitdi. Nəticələr ümumiləşdirilib çox güman ki, bu həftə ərzində elan olunacaq", - deyə akademik bildirib.

Sentyabrın 28-də başlayan monitorinqin mahiyyəti Prezident İlham Əliyevin təsdiqlədiyi dil haqda Dövlət Proqramının (Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı) hansı dərəcədə tətbiq olunmasıdır.

Hazırda Dilçilik İnstitutunda direktor vəzifəsini həm Tofiq Hacıyev, həm də Möhsün Nağısoylu icra edir. T.Hacıyev iyulun sonlarında istefa verib. Bundan sonra AMEA prezidenti Akif Əlizadə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunu direktor əvəzedicisi təyin edib. Lakin sonradan T.Hacıyev istefa ərizəsini geri götürməklə bağlı ikinci müraciət ünvanlayıb və işə çıxıb. AMEA-nın Rəyasət Heyətinin yaranan anlaşılmazlıqla bağlı yaxın günlərdə yekun qərar verməsi gözlənilir.

Tarix
2015.10.12 / 11:03
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla