Yuxarı

Astara gömrüyündə əməliyyat: həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astara gömrüyündə əməliyyat: həbslər var

İrandan gələn Azərbaycan vətəndaşları narkotiklə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Cavad Xəlilovun üzərinə baxış keçirilib.

Yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən heroin aşkar olunub.

İrandan gələn Valeh Bayramovun üzərində yoxlama zamanı isə onun şalvarının cibində 8 ədəd həb aşkarlanıb. Təsiredici maddənin xalis çəkisi 0,160 qram təşkil edib.

Qeyd edək ki, bu həblər "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxil olan "Metadone-20" adlı dərman preparatıdır. Hər iki faktla bağlı təhqiqat aparılır.

Tarix
2015.10.16 / 14:18
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla