Yuxarı

Rüşvətdə adı hallandı, töhmət aldı, direktor təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüşvətdə adı hallandı, töhmət aldı, direktor təyin edildi

Bakıda rüşvətlə bağlı səs yazısı yayılmasına görə töhmət alan direktor barədə yeni məlumat var.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Novruz qızı Axundova digər məktəbə təyinat alıb.

O, 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə yerdəyişmə edilib.

Bu məktəbin 523 şagird yeri var.

Qeyd edək ki, 45 nömrəli məktəb isə 1 300 şagird yerlikdir.

Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvətlə bağlı mediada səs yazısı yayılmışdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ barədə araşdırma aparmışdı.

Qurumdan bildirilmişdi ki, məktəbin direktorunun ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edilmişdi ki, N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

Tarix
2022.11.23 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla