Yuxarı

Başçı köməkçisinin törətdiyi qəzanı gizlədib? – DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı köməkçisinin törətdiyi qəzanı gizlədib? – DİN

Goranboyda sərxoş sürücünün piyadanı vurduğu iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Dəliməmmədli şəhərinin girişində baş verdiyi qeyd edilib.

Belə ki, iddia edilir ki, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu bir neçə gün öncə sərxoş vəziyyətdə rayonun Qaradağlı kənd sakinini maşınla vurub. Hadisə zamanı piyada hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır.

Baş verən hadisənin icra başçısı Məhərrəm Quliyevin istəyi ilə gizli saxlanıldığı da iddialar sırasındadır.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.az-a açıqlamasında noyabr ayının 27-də Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olduğunu deyib.

“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”, - məlumatda bildirilb.

Tarix
2022.11.29 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla