Yuxarı

Naxçıvanla bağlı mühüm dəyişiklik - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanla bağlı mühüm dəyişiklik - Video

Son 1 ay Azərbaycanda baş verən institutisional dəyişikliklər, yəni Naxçıvan Muxtar Respulikasının Gömük Komitəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilərək əvəzində baş idarələrin yaradılması gələn ilin dövlət büdcəsində əhəmiyyətli dəyişikliyə səbəb olacaq.

Axar.az xəbər verir ki, bu fikirləri Xəzər TV-yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O deyib ki, bundan sonra Naxçıvanda gömrük rüsumları muxtar respublikaya deyil, birbaşa mərkəzi büdcəyə yönəldiləcək.

T.Mirkişili əlavə edib ki, dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon manata yaxın, xərclər isə 33 milyard 353 milyon manat olacaq.

Azərbaycanda inflyasiyanın qarşısını almaq üçün hökümət tərəfindən müəyən tədbirlərin görüldüyünə diqqət çəkən Tahir Mirkişili qeyd edib ki, buna baxmayaraq, bu ilin sonuna orta illik inflyasiya təxminən 14 faizə yaxın olacaq.

Tahir Mirkişili qeyd edib ki, yaşayış minimumu 2023-cü ildə bu ilə nisbətən 36 manat artırılacaq.

Qeyd edilib ki, hazırda bu rəqəm 210 manatdır. Gələn ildən isə yaşayış minimumu 246, əmək qabiliyyətli əhali üçün 261, pensiyaçılar üçün 199, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Tarix
2022.12.08 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla