Yuxarı

Qarabağda rus sülhməramlıları erməni aktyora fəhləlik edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda rus sülhməramlıları erməni aktyora fəhləlik edir

Rusiya vətəndaşı olan erməni əsilli aktyor, ermənipərəst mövqeyi ilə seçilən TNT kanalında yayımlanan komediya filmlərində rol alan Ararat Keşyan Azərbaycanın suveren ərazisində həyata keçirilən qanunsuz fəaliyyətə “maddi yardım” ayırıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycanın Ağdam rayonunun Ballıqaya kəndinin ərazisində uşaq bağçasının yenidən qurulmasının koordinatoru və təşəbbüskarı kimi çıxış edib.

Bu məqsədlə “Biz birik” adlı layihəsinin “könüllü”ləri Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarəti və köməyi ilə Ballıqaya kəndinə tikinti materialları daşıyıblar.

Bu zaman qanunsuz fəaliyyəti dayandırmalı olan Rusiya sülhməramlıları yenidən ermənilərə qarşı sevgilərini nümayiş etdiriblər. Təbii ki, sülhməramlılar qanunsuz fəaliyyətə əngəl olmaq əvəzinə növbəti dəfə öz dəstəklərini nümayiş etdiriblər. Belə ki, Ararat Keşyanın göndərdiyi “yardım”ın daşınmasında fəhlə rolunu sülhməramlılar oynayıblar.

“Sülhməramlı fəhlələr” öz işlərini o qədər şövqlə görüblər ki, hətta separatçılar tikinti materiallarını əlcəklə daşıdıqları bir vaxtda, onlar buna ehtiyac belə duymayıblar.

Tarix
2022.12.09 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla