Yuxarı

“Azersell” nüfuzlu mükafata layiq görüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın lider mobil operatoru "Azersell" Telekom MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, oktyabrın 28-də "Azersell" şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirdiyi iki təşəbbüs AmCham seçim komitəsi tərəfindən daha çox səs toplayaraq qiymətləndirilib.

Müsabiqəyə təqdim olunan KSM layihələri arasında Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti "İqtisadi güc" nominasiyası üzrə ikinci yeri tutub. "Mədəniyyət" nominasiyası üzrə "Azersell" Telekom MMC-nin Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb.

"Azersell"in nəzdində yaradılan və artıq bir çox uğurlara imza atan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi istedadlı gənclərin üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda texnoloji innovasiyaların artması istiqamətində xeyli iş görüb. İndiyədək Barama Mərkəzində onlarla layihə reallaşdırılıb, bəzi gənclər isə artıq öz bizneslərini qurublar.

"Azersell" Azərbaycanda fəaliyyət göstərdiyi 18 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. "Azersell"in həyata keçirdiyi növbəti layihə Paralimpiya komitəsində məşğul olan uşaqların cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi üçün böyük stimuldur.

60-dan çox təşkilatı öz ətrafında birləşdirən AmCham Azərbaycanda KSM-lə bağlı ən yaxşı təşəbbüsləri üzə çıxararaq bu cür fəaliyyətlərin stimullaşdırılması məqsədilə bu qiymətləndirməni həyata keçirir. Qeyd edək ki, ötən il də "Azersell" şirkəti sosial fəaliyyətinə görə həmin təşkilatın mükafatına layiq görülmüşdü.

Tarix
2015.11.04 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla