Yuxarı

“Aztelekom”dan əhaliyə şad xəbər: 60 rayonda qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aztelekom”dan əhaliyə şad xəbər: 60 rayonda qurulur

“Aztelekom” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax, Beyləqan da daxil olmaqla, 60 rayon və şəhərdə GPON (Gigabit Passive Optical Networks) və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Bu barədə Axar.az-a yeni fiber-optik internetin çəkilməsi haqqında açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Aztelekom MMC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində telekommunikasiya infrastrukturunun yenilənməsi və genişlənməsi ilə bağlı işlər “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir:

“Layihənin əsas məqsədi 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün respublikanı əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

GPON texnologiyası fiber-optik xətlər vasitəsilə təmin olunur. Fiber-optik xətlər torpağın altı ilə çəkildiyindən hava şəraitinin təsirinə və fiziki zədələrə məruz qalmır. Beləliklə də abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s. kimi problemlərlə üzləşmirlər”.

Tarix
2023.01.11 / 08:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla